Taking too long? Close loading screen.

Vilnusda Azərbaycan və Litva dəmiryolçuları arasında görüş keçirildi

2016-03-31

Martın 31-də Litvanın paytaxtı Vilnusda, Azərbaycan və Litva dəmiryolçuları arasında görüş keçirilib.

Görüşdə “Litva Dəmir Yolları” SC-nin Baş direktoru Stasis Daylidka,  “Litva Dəmir Yolları” SC-nin Baş direktorun müavini, yükdaşımalar direksiyasının rəhbəri Stasis Qudvalis və digər rəsmi şəxslər, Azərbaycan tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vüqar Əskərov, “ADY Ekspess” MMC-nin direktoru Azad Qasımov və “ADY Ekspess” MMC-nin biznesin inkişafı və marketinq departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər.

Danışıqlar zamanı Azərbaycanın “Viking train” layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının  perspektivləri müzakirə olunub. Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə – Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərg istiqamətində (Orta Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradır. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək. Bununla da Şimal-Cənub nəqliyyat dəhlizinin və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmiryol xəttinin əhəmiyyəti artırılacaq və ölkəmiz daha bir iri nəqliyyat dəhlizinə qoşulmaqla, öz tranzit potensialını genişləndirəcək.

Danışıqlar nəticəsində, “Litva Dəmir Yolları” SC ilə Azərbaycanda multimodal yükdaşımalarla məşğul olan, “ADY Ekspess” MMC arasında müqavilə imzalanıb. Sənədi “Litva Dəmir Yolları” SC-nin Baş direktoru Stasis Daylidka və  “ADY Ekspess” MMC-nin direktoru Azad Qasımov imzalayıblar. Müqavilə tərəflər arasında yükdaşımalar zamanı normativ bazanı yaradır, öhdəlikləri, qarşılıqlı güzştlər və qarşılıqlı hesablamalar qaydalarını müəyyən edir. Müqavilə Litva və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək və tranzit yüklərinin həcminin artmasına şərait yaradacaq.

Litvaya səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti, bu ölkəyə təmirə göndərilmiş Azərbaycan Dəmir Yollarına məxsus teplovozlara baxış keçiriblər. Təmir prosesi ilə maraqlanan rəsmilərimiz, onun keyfiyyətli aparıldığına bələd olublar. Eyni zamanda nümayəndə heyyəti yeni tikilmiş yük terminala baxış keçirərək, terminalın fəaliyyəti və buraxılış qabiliyyəti ilə tanış olublar.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016