Taking too long? Close loading screen.

Bakıda yeni yaradılan TransXəzər B.N. Konsorsiumunun yığıncağı keçirildi

2016-04-12

Aprelin 12-də Bakıda TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilib. Tədbirdə TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycandan  «ADY Express» MMC və «ACSC Logistics» MMC, Qazaxıstandan «KTZ Express» AC, Gürcüstandan «Trans Qafqasus Terminals» MMC Konsorsiuma üzv kimi daxil olublar. Yığıncağda TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunub. Aparılan danışıqlar nəticəsində TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına, konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil olub. Müşahidə şurası formalaşandan sonra, şuraya sədr seçilib. Bu vəzifəyə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov seçilib. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Eyni zamanı qərara alınıb ki, marşrut üzrə yük qatarların hərəkət cədvəli may ayında müəyyən ediləcək. 

Qeyd edək ki, TransXəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Ekspress”  blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüklərin ötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016