Taking too long? Close loading screen.

Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı görüş

2016-04-18

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin Baş direktoru Mamuka Baxtadze, “Moldova Dəmir Yolu” DB-nin Baş direktoru Yuri Topale və Rumıniya “CFR Marfa Sa”nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və  İran, eləcə də əks istiqamətdə yükdaşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparıblar.  Tədbir çərçivəsində memorandum imzalanıb.

Bundan başqa Azərbaycan nümayəndə heyəti Ruminiyanın Nəqliyyat nazirliyinin TRACECA milli katibliyinin Baş katibi Maria Grigore ilə görüş keçiriblər. Görüşdə Ruminiyadan Gürcüstan və Azərbaycandan keçməklə Orta Asiya və Çinə həmçinin əks istiqamətdə yüklərin daşınması, onların həcminin artırılması məsələləri müzakirə olunub.

Aparılan danışıqlar zamanı Azərbaycanın tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizləri və onların potensialı, bu sahədə görülən işlər, imzalanan müqavilələr haqda məlumat verilib, Ruminiya ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qey edək ki, Rumıniyanın İran, Orta Asiya və Çinlə ticarət dövriyyəsi kifayət qədər boyükdür. 

İran ilə Rumıniya – 117.2  mln $

Çin ilə Rumıniya – 4 mlrd $

Türkmənistan ilə Rumıniya – 43.5 mln $

Özbəkistan ilə Rumıniya – 26.5 mln $

Qazaxstan ilə Rumıniya – 3.2 mlrd $

Qırğızstan ilə Rumıniya – 5.5 mln $

Pakistan ilə Rumıniya – 194.2 mln $

Tacikistan ilə Rumıniya – 836 000 $

Bu yüklərin, Azərbaycandan keçməklə, daşınması ən əlverişli yol sayılır. Rumıniya nümayəndələri də bu yola böyük maraq göstəriblər. 

Onu da vurğulayaq ki, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi, əlavə yüklərin cəlb olunması istiqamətində, nəqliyyat dəhlizlərinin inkişafı üçün bu vaxta qədər bir çox vacib danışıqlar aparılıb, müqavilələr imzalanıb. Rumıniyanı maraqlandıran Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı istiqamətində təkcə bu ilin 3 ayı ərzində mühüm işlər görülüb. Aprelin 12-də Bakıda Şərq-Qərb TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb, martın 15-16-da “Şimal-Cənub” Benəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasması istiqamətində işçi qrupunun görüşü keçirilib sənədlər imzalanıb, yanvarın 12-də Bakıda “Şimal-Cənub” Nəqliyyat Dəhlizinə həsr olunmuş Benəlxalq forum keçirilib. Nəqliyyat dəhlizlərinin iştirakçı dövlətlərlə, operator şirkətlərlə müqavilələr imzalanıb, vahid tariflər müəyyən edilib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016