Taking too long? Close loading screen.

Azərbaycan Respublikası ilə İİR-in dövlət sərhədində dəmir yolu körpüsünün təməli qoyulmuşdur

2016-04-22

Mənbə: ADY Mətbuat Katibliyi

20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana sonuncu səfəri çərçivəsində imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə əsasən həyata  keçirilir.

Tədbirdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və  İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi iştirak etmişlər.

4 dayaqlı, 24 tirli  körpünün uzunluğu 82,5 metr, eni 10,6 metr,  3 aşırımın hər birinin uzunluğu 27,5 metr, konstruksiyası dəmir-beton olacaq.

Bundan başqa Astara stansiyasından İran İslam Respublikasının sərhədinə kimi 8,3 km uzunluğunda  yeni dəmir yolu xətti çəkiləcək və 15 ədəd süni qurğu tikiləcək. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ərazidə aparılan işlərlə tanış olub, yolun torpaq yatağına baxış keçirdilər.

İşlərə mart ayından işlərə stat verilib. Hazırda torpaq yatağının işlənməsi prosesi gedir. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub,  bu günə kimi 20 min kub-metr qum, 17 min kub-metr sal daş, 30 min kub-metr çınqıl döşənib.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov

Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir.  Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinə başlanması da həmin Sərəncama uyğun olaraq həyata keçirilir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə  qoşulmuşdur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016