Taking too long? Close loading screen.

Bakıda TransXəzər Beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib.

2016-05-04

Bakıda TransXəzər Beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycanı tədbirdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” MMC-nin direkrotu Azad Qasımov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil ediblər. İclasda Qazaxıstanı “Qazaxıstan Dəmir Yolları” SC-nin logistika üzrə ictaçı direktor Arman Sultanovun başçılıq etdiyi nümayəndə heyəti, Qürcüstanı “Qürcüstan Dəmir Yolları” SC-nin yükdaşımalar  üzrə direktoru Aleksi Nikolaişvili, Ukraynanı “Ukrayna Dəmir Yolları” İSC-nin kommersiya departamentinin rəisi Yuri Merkulovun başçılıq etdiyi nümayəndə heyəti tamsil ediblər. İclasda həmçinin Aktau və Batumi limanlarının və Gürcüstanın “Trans Caucasus Terminals”  şirkətinin rəhbərliyi iştirak edib.

Tərəflər, TransXəzər Beynəlxalq  nəqliyyat marşrutunda rəqabətə davamlı tariflərin tətbiq olunmasını və  Dostık/Altıngöl-Aktau-Bakı(Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarını müzakirə ediblər.

Eyni zamanda iclas zamanı, aprel ayında yaradılan Beynəlxalq TransXəzər Nəqliyyat konsorsiumunun iş planı, TransXəzər Beynəlxalq nəqliyyat marşrutunun koordinasiya komitəsinin iclasının gündəliyi və digər məsələlər diqqət mərkəzində olub.

İclasın yekununa dair protokolun imzalanması nəzərdə tutulur.

Sabah isə Bakıda yeni yaradılan Beynəlxalq TransXəzər Nəqliyyat konsorsiumunun iclası keçiriləcək. Iclasda TransXəzər Beynəlxalq nəqliyyat marşrutunun operatorları olan, Azərbaycandan “ADY Express” MMC, Qazaxıstandan “KTZ Express” AC və  Gürcüstandan  “Trans Caucasus Terminals” şirkətlərinin səlahiyyətli nümayəndələri iştirak edəcək.

    

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016