Taking too long? Close loading screen.

ADY Express 15-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində

2016-05-11

Bakıda 15-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir. Sərgidə yerli və xarici eksponentlər dəmir yolu, dənizçilik, aviasiya, nəqliyyat-logistika  və infrastuktur sahəsinə aid imkanlarını nümayiş etdirirlər.

Qeyd edək ki, 15-ci yubiley “TransCaspian” sərgisi dünyanın 9 ölkəsini – Azərbaycan, Avstriya, Belarus, Almaniya, Qazaxıstan, Litva, Rusiya, Fransa və Türkiyəni təmsil edən 75 şirkəti bir ada toplamışdı. Sərgi iştirakçılarının 40 %-ni debütantlar təşkil edib.   

Beynəlxalq tədbirdə bir çox dövlət şirkətləri ilə yanaşı nəqliyyat, logistika, yükdaşımalar sahəsində fəaliyyət göstərən “ADY Express” MMC-də öz stendi ilə təmsil olunub. “ADY Express”-in pavilyonuna maraq olduqca böyük olub. Yükdaşımalarla məşgul olan bir çox xarici və yerli şirkətlər “ADY Express”-in təklif etdiyi nəqliyyat marşrutlarına, yüklərin çatdırılma vaxtı və tariflərlə maraqlanıblar, işbirliyi təklif ediblər. Sərgi iştirakçıları xüsusi olaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstəriblər.

Sərgi eyni zamanda yenı partnyorların tapilması, və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda “ADY Express”-in təklif etdiyi tranzit marşrutlarının üstünlükləri haqda ətraflı məlumat verlib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib. “ADY Express”  kampaniyasının nümayəndələri yeni tranzit yüklərinin cəlb olunması istiqamətində yeni addımlar atıblar.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016