Taking too long? Close loading screen.

Mayın 12-13-də Bakıda “VIKING Train” layihəsinin iştirakçı şirkətlərinin növbəti yığıncağı keçirilib.

2016-05-13

Mayın 12-13-də Bakıda “VIKING Train” layihəsinin iştirakçı şirkətlərinin növbəti yığıncağı keçirilib.

İclasda “Litva Dəmir Yolları” SC-nin, “Ukrayna Dəmir Yolları” İSC-nin, “Moldova Dəmir Yolları” Dövlət şirkətinin, “Bolqarıstan Dəmir Yolları-Yükdaşımaları” Vahid MMC-nin, “Rumıniya Dəmiyoli Daşımaları birliyi Marfa” SC-nin, “Gürcüstan Dəmir Yolları” SC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “ADY Express” MMC və layihənin digər operator şirkətlərinin nümayəndələri iştirak edib.

Tədbirdə “VIKING Train” qatarının istismarının nəticələri, layihənin operator şirkətlərinin və dəmiryol administrasiyalarının fəaliyyətinin hesabatları dinlənilib. Tərəflər bu qatar vasitəsi ilə yükdaşımalar haqda satatistik məlumatların mübadiləsini də aparıblar. Tədbir iştirakçıları yükdaşımaların artırılmasına dair fəaliyyət planı hazırlamaq haqqında razılığa da gəliblər.

İclas çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin “VIKING Train” layihəsinə qoşulmasına dair Protokol imzalandı.

Bundan əlavə, iclas iştirakçıları tarifləri də müzakirə ediblər. Müzakirə zamanı, onların rəqabətə davamlı olduğu səviyyəsində saxlanıldığına dair razılıq əladə olundur. Bundan başqa kontreyler  yükdaşımaların tətbiqini də nəzərdə tutan qərarlar qəbul olunub. Digər texniki məsələlərlə yanaşı “VIKING Train”  layihəsinin inkişafını təmin etmək üçün koordinasiya qurumunun yaradılmasını müzakirə edərək müəyyən təkliflərin hazırlanmasını zəruri hesab olunub.

Xatırladaq ki, 2016-cı ilin mart ayında “Azərbaycan Dəmir Yolları”QSC və “ADY Express” MMC-nin səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti Litvada keçirilən görüşdə iştirak ediblər.

Görüş zamanı, Azərbaycanın VIKING Train layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunub. Bu layihə Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışına təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (Fars körfəzi və Hindistan) istiqamətlərində və əksinə yüklərin daşınmasına geniş imkanlar yaradır. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq, Şimal-Cənub nəqliyyat dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmiryol xətti nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirilməsinə və tranzit yük daşıma həcminin artmasına şərait yaradacaq.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016