Taking too long? Close loading screen.

MDB dövlətləri dəmir yolu nəqliyyati şurasinin 64-cü iclasi Tbilisidə keçirilir

2016-05-18

18-19 may 2016-cı il  tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəərində MDB Dövlətləri Dəmir Yolu Nəqliyyatı Şurasının 64-cü iclası keçirilir.

Tədbirin gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir: Şuranın 63-cü iclasının qərarlarının yerinə yetirilməsi, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti; 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə beynəlxalq istiqamətdə sərnişin kompleksinin fəaliyyəti; 2016-2017-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri; 2015-ci il üzrə konteynerlərin siyahıyaalınmasının yekunları və 2016-cı il üçün yük vaqonlarının siyahıyaalınmasına hazırlıq, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalarını vəziyyəti; MDB Dövlətləri Hökumət başçıları Şurasının 1996-cı il oktyabrın 18-də qəbul edilmiş MDB Dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası barədə qərarının 2015-ci il üzrə  yerinə yetirilməsi; Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üçün xərclər Smetasının yerinə yetirilməsi; Dəmir yolu administrasiyalarının İnformasiya-hesablama mərkəzinin 2015-ci ildə fəaliyyətinn təmin edilməsi Smetasının yerinə yetirilməsi və bu Smetanın icra edilməsi üzrə yoxlamalarının yekunları; Şuranın Fəxri fərmanları ilə təltif edilmə haqqında; Şuranın 65-ci iclasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında.

Şuranın iclası çərçivəsində kadr və gənclər siyasəti üzrə dəyirmi masa və dəmir yolu rəhbərləri arasında ikitərəfli görüşlərin   keçirilməsi nəzərdə tutulmuşdur. Tədbir iştirakçıları üçün şəhərin tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil ediləcəkdir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik  etdiyi nümayəndə heyəti də iştirak edir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016