Taking too long? Close loading screen.

Mayın 15-18-də  İranın Paytaxtı Tehran şəhərində 4-cü Beynəlxalq Dəmiryolu sərgisi keçirilib.

2016-05-19

Sərgi, İranda bu vatxa qədər keçirilən sərgilərdən ən irisi hesab olunur. Burada dəmir yolu sahəsində çalışan iri dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistika kompaniyaları və digərləri öz xidmətlərini təqdim ediblər.

Azərbaycanı sərgidə “ADY express” MMC təmsil edirdi. Yükdaşımalar və logistika sahəsində xidmətlərini nümayiş etdirən ADY express, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına tranzit yüklərinin cəlb olunması istiqamətində fəaliyyətini sərgilədi. Azərbaycan təmsilçisinin stendinə maraq olduqca böyük idi. Əsasən, İran, Rusiya və Avropa şirkətləri ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına maraq göstəriblər. Yəni yüklərin Azərbaycan ərazisindən keçməklə Avropadan və Rusiyadan İrana və əks istiqəmətində daşınması diqqət mərkəzində olub. Xarici şirkətlərin təmsilçiləri Şimal-Cənub və Cənub-Qərb marşrutları ilə yüklərin daşınması arzusunda olduqlarını söyləyiblər. “ADY Express” MMC-nin əməkdaşları, keçirilən danışıqlarda bu marşrutların üstünlüklərini təqdim ediblər və nəqliyyat dəhlizlərinə əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar. 

Sərgiyə baş çəkən İran Dəmir Yolları İdarəsinin Rəhbəri Möhsün Pur Seyid Ağayi də, Azərbaycan təmsilçisinin stendinə xüsusi maraq göstərib. Ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiklərini deyən Möhsün Pur, həyata keçirilən birgə layihələr və gələcək planlardan danışıb. O, bildirib ki, dəmir yolu sahəsində həyata keçirilən birgə layihələrdən hər iki ölkə böyük fayda görəcək. 

Qeyd edək ki,  4 gün davam edən 4-cü Beynəlxalq Dəmiryolu sərgisində 20 ölkədən 600 şirkət iştirak edib. Sərgi meydanlarının ümumi sahəsi 20 min kv. m. təşkil edib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016