Taking too long? Close loading screen.

İstanbulda ADY və DHL arasında göruş

2016-05-23

Türkiyənin İstanbul şəhərində səfərdə olan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti, dünya logistik bazarının liderlərindən olan, Almaniyanın DHL şirkətinin nümayəndələri ilə görüşüblər.

Görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycanın İstambuldakı Baş konsulu Məsim Hacıyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov və digər rəsmi şəxslər iştirak ediblər. Qarşı tərəfdən görüşdə DHL-in Şərqi Avropa üzrə Baş İcraçı Direktoru Kərəm İnanc, Şirkətin Çin üzrə Baş İcraçı Direktoru Stiv Huanq və digərləri iştirak ediblər.

Görüş zamanı, Azərbaycanın nəqliyyat potensialı, ölkəmizdə tranzit və yükdaşımalar sahəsində əldə olunan uğurlar, bu sahədə həyata keçirilən iri infrastruktur layihələri diqqət mərkəzində olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər gələcək əməkdaşlıqdan danışarkən, Azərbaycanda iri logistik Hub yaradılması haqda razılığa gəliblər. Həmin Hub vasitəsi ilə, Çindən gələn yüklərin, burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.

Görüşün sonunda tərəflər arasında niyyət protokolu imzalandı.

Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistuk bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində, 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisləri mövcuddur, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.

   

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016