Taking too long? Close loading screen.

İstismar müddətini keçmiş çən vaqonları əsaslı təmir olunur.

2016-06-02

Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi, təmir olunması  zamanın tələbidir.

Son bir il ərzində Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasından 3100 müxtəlif təmayüllü yük vaqonu alınaraq ölkəmizə gətirilmişdir. Bunun 600-ü çən vaqonudur.

Yeni vaqonların alınması ilə yanaşı, istismar müddətini keçmiş çən vaqonlarının əsaslı təmir olunmasına da başlanılıb.

Bu günlərdə Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilmiş, istismar müddəti 5 il artırılan 15 ədəd çən vaqonuna baxış keçirilmişdir. Yük daşımaları Departamentnin vaqon şöbəsinin rəisi Bəşir Əsədov kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat vermişdir. O, bildirmişdir ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası rəhbərliyinin 11 may 2010-cu il tarixli teleqramına əsasən, Bakı Vaqon Təmiri Zavoduna neft və neft məhsulları və həmçinin maye qaz daşıyan çən vaqonlarının istismar müddəti qurtardıqdan və bu vaqonlar xüsusi qurumlar tərəfindən texniki diaqnostika edildikdən sonra, “Texniki qərar” əsasında əsaslı təmir edilərək, vaqonların istismar müddətinin artırılmasına icazə verilmişdir.

Ümumiyyətlə vaqonlarının istismar müddəti 32 ildir. 1984-cü ilə qədər istehsal olunan neft və neft məhsulu daşıyan çən vaqonlarının istismar müddəti artıq başa çatmışdır. Həmin vaqonlardan 15 ədədi “İnter Qaz Servis” MMC tərəfindən diaqnostika edilərək, istismar müddətinin 5 il artırılması haqqında “Texniki qərar” verilmişdir.

Çən vaqonlar Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilmiş, vaqonların istismar müddəti 5 il artırılaraq istismara buraxmışdır.

Vaqonların xarici səthinin neft qalıqlarından xüsusi qurğularla təmizlənməsi və rənglənməsi Şirvan istismar vaqon deposunda həyata keçirilmişdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri hörmətli Cavid Qurbanovun tapşırıq və tövsiyələrinə əsasən, istismar müddətini keçmiş daha 500 çən vaqonunun  əsaslı təmir olunması nəzərdə tutulur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016