Taking too long? Close loading screen.

Dəmir yolu rəhbərlərinin görüşü.

2016-06-02

Rusiyanın Soçi şəhərində 11-ci Beynəlxalq dəmir yolu biznes forumu keçirilir. Forumda ölkəmizi “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanovun başçılıq  etdiyi nümayəndə heyəti təmsil edir.   

Forum çərçivəsində bu gün “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov və İran Dəmir Yolunun Baş direktoru Mohsen Purseyid Ağayi  birgə görüş keçiriblər. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri, dəhlizə yüklərin cəlb olunması kimi məsələlər diqqət mərkəzində olub. Danışıqlar zamanı “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanovun təklifi ilə, nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün, TransXəzət Beynəlxalq Nəqliyyat Marşrutunda olduğu kimi, Simal-Cənub marşrutunda da Koordinasiya komitəsinin yaradılmasına dair qərar qəbul olunub. Görüşün sonunda tərəflər arasında protokol imzalanıb.

Görüşdə Finlyandiya Dövlət Dəmir Yolu konserninin rəhbəri Mikael Aro da iştirak edib. Aparılan danışırlarda Finlyandiyanın da Şimal-Cənub nəqliyyat dəhlizinə cəlb olunması məsələsi müzakirə edilib. Finlyandiya təmsilçisi ölkəsinin bu nəqliyyat dəhlizinə maraq göstərdiyini bildirib.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran körfəzi ölkələri, İran və Azərbaycandan keçməklə daha sonra Rusiya, Baltik dənizi hövzəsi ölkələri və Skandinaviya ölkələrinə qədər uzanır. Finlyandiyanın dəhlizə qoşulması nəqliyyat dəhlizinin potensialını daha da gücləndirir.

Xatırladaq ki, layihəyə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında imzalanan razılaşma ilə start verildi. 2005-ci il sentyabrın 20-də layihəyə Azərbaycan da qoşuldu. 2016-cı il aprelıin 22-də isə Azərbaycanla İran sərhəddində, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində, dəmir yolu korpüsünün tikintisinə start verilib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016