Taking too long? Close loading screen.

Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunmuşdur

2016-06-17

Çin Xalq Respublikasının Şanxay şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləriilə bağlı dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Müşahidə Şurasının sədri, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov açaraq bildirmişdir ki, 3 avqust 2015-ci ildə bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin Xalq respublikaları arasında konteyner daşımalarına start verilmiş, sonra Ukrayna Respublikası da bu marşruta qoşulmuşdur.

Konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyindən danışan natiq bu tədbirin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması istiqamətində mühüm rol oynayacağını bildirmişdir.

Sonra Dəyirmi masada Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun və “Nomad Ekspress” nəqliyyat-logistika xidmətinin inkişaf perspektikləri, Çindən və əks istiqamətə yük daşımanın coğrafiyasının genişləndirilməsi, marşrutun cəlbediciliyi – yeni multimodal qərarlar, Avropa ilə Asiya arasında yük daşımalarının artırılması üçün yeni imkanlar mövzularında müzakirələr aparılmışdır.

Tədbir çərçıvəsində Qazaxıstan, İran, Rusiya və Ukrayna dəmir yollarının, Almaniyanın logistik sirkəti olan DHL-in rəhbər işçiləri ilə ikitərəfli görüşlər də keçirilmişdir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016