Taking too long? Close loading screen.

“Azərbaycan Dəmir Yolları” QSC ilə Almaniyanın Siemens şirkəti arasında əlaqələr genişlənir

2016-07-21

İyulun 20-də  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Almaniyanın Siemens şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri   Vilyam Vilsonun rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqlyyat  Dəhlizlərinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir. O, bildirnişdir ki, Azərbaycan Dəmir Yolları ilə Siemens şirkəti arasında əlaqələrin dərin kökləri var. Hələ 2001-203-cü illərdə bu şirkət Bakı-Böyük Kəsik arasında fibro-optik rabitə sisteminin çəkilməsini həyata keçirmişdir. Bu əlaqələr indi də davam edir.

Görüşdə Azərbaycan Dəmir Yolları ilə tanışlıq, strateji əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Almaniyanın Siemens şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri   Vilyam Vilson   Azərbaycan Dəmir Yolunun beynəlxalq və regional nəqliyyat layihələrində aktiv iştirakından, aparılan islahatlardan   məmnun qaldığını bildirmişdir.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.

Sonra Almaniyanın Siemens  və AZƏRSİS-Bakı şirkətləri, SİS-Minsk şirkətlər qrupunun təşəbbüsü ilə,  “Azərbaycan Dəmir Yolları” QSC üçün birgünlük seminar keçirilmişdir.

Seminarın əsas məqsədi mərkəzləşdirmə və bloklama sistemləri sahəsində layihələrin reallışdırılması, həmçinin kooperasiya imkanları məsələləri ilə tanışlıq idi.

Qeyd edək ki, Siemens şirkəti dəmir yolu nəqliyyatı üçün lokomotiv, elektrikləşdirmə, həmçinin mərkəzləşdirmə və bloklama sistemlərinin istehsalı üzrə dünya  lideridir. SİS-Mİnsk şirkətlər  qrupu nəqliyyat sistemləri, elektrik enerjisi, avtomatlaşdırma və telekommunikasiya sahəsində MDB məkanında fəaliyyət göstərən iri sistem inteqratorudur.

Seminarın gedişində Mərkəzləşdirmə və bloklama sistemlərinin reallaşdırılması sahəsində mövcud imkanlarımız və ümumi konsepsiya, Layihələndirmə və birgə fəaliyyət, İxrac proqramında iştirak məsələləri müzakirə olunmuşdur.

Seminarın proqramı çərçivəsində rəhbər işçilər arasında danışıqlar aparılmış, texniki mütəxəssislərin təqdimatına baxış keçirilmiş, həmçinin dəyirmi masalar  təşkil olunmuşdur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016