Taking too long? Close loading screen.

“ADY Express” MMC müştərilər üçün yeni elektron xidməti

2016-07-22

_DSC0195

Dəmir yolu vasitəsi ilə yükdaşımalar sahəsində Azərbaycanda lider şirkətlərdən olan “ADY Express” MMC müştərilər üçün yeni elektron xidmət göstərməyə başladı – vaqonların (yüklərin) izlənilməsi xidməti.

Bu, şirkətin innovasiya-elektron xidmətlərinin tətbiqi sahəsində atdığı növbəti addımdır. Yenilik ilk növbədə müştərilərin rahatlığına hesablanan xidmət növüdür. Belə ki, müştərinin sorğusu əsasında, vaqonların(yüklərin) gün boyu (24 saat ərzində), marşru boyu və yaxud birdəfəlik izləmə imkanı yaradılır. Müştəri bu xidmətdən istifadə edərək, vaqonların (yüklərin) hazırda , hansı ölkədə, şəhərdə, stansiyada və yaxud məntəqədə olduğu haqda operativ məlumatı asanlıqla əldə edəcək. Izləmənin bir neçə növünün tətbiqi, hər müştəriyə, özünə rahat bildiyi formatda informasiyanı almaq imkanı yaradır.

Beləliklə, elektron xidmətlərinin tətbiqinə daim diqqət yetirən “ADY Express”, Azərbaycanda daha bir ilkə imza atmış oldu. Yeni xidmət həm, idxal-ixrac əməliyyatlarında, eyni zamanda tranzit yüklərinin daşınmasında da tətbiq edilir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016