Taking too long? Close loading screen.

Yol vergisi və rüsumdan azad olunan nəqliyyat dəhlizi

2016-07-22

Azərbaycan ərazisindən keçən əsas nəqliyyat marşrutlarından biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu marşrut Şimali Avropanı Hindistan və Fars körfəzi ölkələri ilə birləşdirir. Hazırda bu istiqamətdə göndərilən yüklərin çox hissəsi dəniz vasitəsilə nəql edilir ki, onların çatdırılması 45-60 gün təşkil edir. Azərbaycan ərazisindən keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə çatdırılma 14-20 günə qədər azaldılacaq. Digər vacib marşrut Cənub-Qərb nəqliyyat dəhlizidir. Bu dəhliz Hindistan – Fars körfəzi – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutunu əhatə edir. Hazırda Hindistan, İran, Fars körfəzi ölkələri və Avropa arasında bütün yük daşımalarının 94%-i Süveyş kanalı , Araılq və Baltik dənizləri vasitəsilə dəniz yoluyla həyata keçirilir. Cənub-Qərb Dəhlizi yüklərin göndərilməsi üçün daha cəlbedicidir, çünki onların çatdırılması müddətini 2-3 dəfə azaldır və nəqliyyat xərclərini gözəçarpacaq şəkildə aşağı salır.

Hazırda Azərbaycan Astara (Azərbaycan)-Astara (İran) dəmir yol körpüsünün və Azərbaycan-İran sərhədinə girişdə 8-kilometrlik yolun tikintisini yekunlaşdırır. Şimal-Cənub Dəhlizinin tam istismara verilməsi üçün yalnız Astara- Rəşt sahəsini inşa etmək qalır. Buna baxmayaraq, Şimal-Cənub və Cənub-Qərb marşrutları ilə yüklərin daşınması indi də mümkündür.
Hindistan, İran və başqa ölkələrdən yüklər dəmiryolu ilə İranın Rəşt stansiyasına qədər daşınır, oradan da yük avtomobilləri ilə Azərbaycanın Astara stansiyasına çatdırılır. Hətta, İranda malların boşaldılmasını və onların Azərbaycanda vaqonlara təkrar yüklənməsini nəzərə alsaq, bu marşrut vaxta görə hazırkı dəniz variantından daha əlverişlidir.

Son ana qədər Azərbaycanın ərazisinə giriş zamanı yük maşınlarının sahibləri daşımaların son dəyərinə əhəmiyyətli dərəcədə təsir edən vergi və rüsum ödəyirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Vergi Məcəlləsində dəyişikliklər” və “Dövlət rüsumu haqda” may ayında verdiyi fərman xaricdə qeydiyyatda olan yük maşınlarının üç il ərzində yol vergisindən azad olunmasını nəzərdə tutur. Nazirlər Kabinetinin “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası”nın təsdiq etməsi ilə yeni qaydalar tətbiq edilir. Bu qaydalar ölkəmizdən xaricə, həmçinin əks istiqamətdə, Azərbaycan ərazisindən dəmir yolu ilə sonrakı nəql edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələrinə şamil olunur.

Beləliklə, bundan sonra istənilən yük nəqliyyat vasitəsi Azərbaycan ərazisinə maneəsiz girə və dəmir yolu stansiyasında yükləri boşalda biləcək və oradan onlar növbəti təyinat nöqtəsinə göndəriləcək. Bu, o deməkdir ki, yükdaşıyanların xərcləri praktik olaraq iki dəfə azalacaq.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016