Taking too long? Close loading screen.

Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yollarında rəqabətli tarif şərtləri yaradılacaq

2016-08-25

Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları administrasiyalarının nümayəndələri Astanada Qazaxıstanın yükgöndərənləri, ən böyük operatorları və yük şirkətləri ilə görüşüblər.

img_9452Görüş çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq, yüklərin daşınması üçün əlverişli şərtlərin yaradılması məsələləri müzakirə edilib. Əsasən metal məhsullarının, taxıl, neft, qaz və həmçinin Qazaxstan, Azərbaycan və Gürcüstan ərazisində konteyner daşımalarına tariflərin endirilməsi müzakirə olunub.

“Biz idxal və ixrac mallarının nəql edilməsi üçün yaxşı şərait təklif etməyə hazırıq. Məsələn, cari ilin sonunda biz Gürcüstanın dəmir yollarından Türkiyəyə birbaşa keçid açırıq. Bununla da, Türkiyənin cənub limanlarına, Şimali Afrikaya və ərəb öıkələrinə yol açılır”, – deyə Azərbaycan Dəmir Yollarının rəhbərinin müavini İqbal Hüseynov qeyd edib.

Öz növbəsində, Qazaxstanın “Солтүстік” sosial sahibkar şirkətinin nümayəndəsi Anuar Hamitov onların təkcə Qazaxstan üzrə işləmədiklərini qeyd edib. “Ən böyük buğda bazarı bizdədir. İndi isə biz onu daha çox ölkələrə ixrac etməyi planlaşdırırıq. Hazırda danışıqlar gedir Azərbaycan və Gürcüstan dəmir yollarının nümayəndələri ilə yük tarifləri ilə bağlı razılıq əldə edirik. Nəticələr var. Bizə imtiyazlar, endirimlər təklif edirlər”, – deyə A.Hamitov əlavə edib.

Görüşün yekununda qeyd edilib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstanın yerli yükgöndərənləri və dəmiryolçuları ilə yaradılan birbaşa əlaqə daşınmaların təmin edilməsində yaranan məsələləri tez və effektiv həll etməyə imkan verəcək. 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016