Taking too long? Close loading screen.

“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklər nəql edilir

2016-08-30

Azərbaycanda beynəlxalq tranzit dəhlizlərin inkişafı sahəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir.  Ölkə ərazisində reallaşdırılan iri beynəlxalq layihə, “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklərin daşınması prossesi gerçəkləşdirilir.

Eyni zamanda, bu nəqliyyat marşrutunda, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi işləri davam edir. Hazırda Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında dəmir yolu, iki ölkə arasında sərhəddə dəmir yol körpüsünün tikintisi sürətlə davam edir.    

Baxmayaraq ki, Azərbaycan və İran arasında dəmir yolu əlaqəsi hələ mövcud deyil, artıq qeyd edilən marşrutla, “ADY Express” şirkəti yükdaşımalara start verib. Belə ki, son müddət ərzində, şirkət,  sıxılmış maye qaz – Butadieni  İrandan Rusiyaya nəql edib. Nəql prossesi tank-konteynerlər vasitəsi ilə həyata keçirilib. Qeyd edək ki, artıq 60-dan çox belə tank-konteyner Azərbaycan ərazisindən keçməklə, şimala göndərilib.

Onu da vurğulayaq ki, həmin konteynerlər İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olaraq, sonradan Astara dəmir yolu stansiyasında platformalara yüklənərəq Rusiyaya göndərilib. Həmin yüklər isə bundan əvvəl dəniz vasitəsi ilə, İrandan Rusiyanın Həştərxan limanına nəql edilirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu qərardan irəli gələn qaydaların təsdiq etməsi, ölkəmizdən xaricə, həmçinin əks istiqamətdə, Azərbaycan ərazisindən dəmir yolu ilə sonrakı nəql edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.

Qeyd edək ki, Şimal-Cənub Beynəxlaq Nəqliyyat Dəhlizi vasitəsi ilə yüklər Hindistan–İran körfəzi-İran–Azərbaycan–Rusiya-Skandinaviya dövlətləri/Şimali Avropa marşrutu ilə 14 gün ərzində nəql edilir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016