Taking too long? Close loading screen.

“Azərbaycan Dəmir Yolları» QSC-də Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

2016-09-15

Sentyabrın 15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə  görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə Azərbaycanın Litva və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin, “Vikinq train” layihəsinin gələcək  perspektivləri müzakirə olunmuşdur.

Sonra səfir Valdas Lastauskas “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirmişdir.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə – Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərg istiqamətində (Orta Asiya və Çin) həm də Cənub  istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016