Taking too long? Close loading screen.

Vyanada “Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” mövzusunda forum keçirilib

2016-09-13

Vyanada Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Avstriya İqtisadiyyat Palatası və Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın Avstriyadakı səfirlikləri ilə birgə “Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” mövzusunda forum keçirilib.

14738449355246559012_1000x669

Forumu giriş sözü ilə Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents açaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti, onun Avropa və Asiya arasında ticarət və iqtisadi əməkdaşlığa verə biləcəyi töhfə barəsində danışıb.

Daha sonra ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edib. O, belə bir aktual və vacib mövzu barədə forumun təşkilinə verdikləri dəstəyə görə Avstriya İqtisadiyyat Palatasına, həmçinin Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın Avstriyadakı səfirliklərinə təşəkkürünü bildirib. Natiq Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin təkcə nəqliyyat dəhlizi deyil – qeyd olunan dəhliz üzərində yaşayan xalqların mədəniyyətlərini birləşdirən bir vasitədir, deyə bildirib. Daha sonra qeyd olunan ölkələrin Avstriyada akkreditasiya olunmuş səfirləri çıxış ediblər.

whatsapp-image-2016-09-15-at-11-28-51-am

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyənin aidiyyəti dövlət qurumlarının, həmçinin nəqliyyat və logistika şirkətlərinin nümayəndələri qısa təqdimatlarla çıxış ediblər. Tədbir Avstriya və region ölkələrindən olan nəqliyyat şirkətləri arasında ikitərəfli görüşlərlə yekunlaşıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016