Taking too long? Close loading screen.

Almaniyanın paytaxtı Berlin şəhərində “İnnotrans 2016” nəqliyyat sərgisi keçirilir.

2016-09-22

Almaniyanın paytaxtı Berlin şəhərində “İnnotrans 2016” nəqliyyat sərgisi keçirilir. Sərgi dəmir yolu nəqliyyatı sahəsində dünyada birincilərdən hesab olunur. Burada dəmir yolu infrastrukturu, tikintisi dəmir yolu nəqliyyatı, dəmir yolu vasitəsi ilə yüklərin daşınmasına dair son nailiyyətlər sərgilənir. Dəmir yolu üzrə mütəxəssislərin toplandığı sərgidə, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən iri şirkətlər də xidmətlərini təqdim ediblər. Tədbirə 50-dən artıq ölkədən, 3 mindən artıq iştirakçı qətılıb, 100 mindən artıq ziyarətçi sərgi ilə tanış olub.

whatsapp-image-2016-09-21-at-9-54-19-pm

Sərgidə Azərbaycan dəmiryolçuları da iştirak ediblər. Azərbaycanı təmsil edənlər arasında “ADY Express” MMC-nin nümayəndələri də olub. Şirkətin direktoru Azad Qasımov və Marketinq və Biznesin inkişafı departamentinin rəhbəri Natiq Qasımov apardıqları danışıqlarda və keçirdikləri görüşlərdə kompaniyanın nəqliyyat və yükdaşımalar üzrə fəaliyyəti, təqdim olunan xidmətlər haqda məlumat verərək, Azərbaycanın tranzit potensialı və nəqliyyat marşrutları haqda söhbət açıblar. Yükdaşımalar, nəqliyyat və logistika sahəsində dünya birinciləri sırasında olan Almaniyanın “DB Schenker” şirkəti də Azərbaycana böyük maraq göstərib.

whatsapp-image-2016-09-21-at-9-54-20-pm

Qeyd eədk ki, Şırkətin xidmət sahələri hava, yerüstü və dəniz vasitəsi ilə yükdaşımaları əhatə etməklə, müvafiq loqistik xidmətləri təqdim etməkdir. Bu günə “DB Schenker” şirkətinin tutduğu mövqeyə görə, avropada yerüstü yükdaşımalar üzrə birincidir. “DB Schenker” şirkətinin 140 ölkədə 2000-ə yaxın ofisi fəaliyyət göstərir burada 95.700 işçi çalışır. “ADY Express” şirkətinin təmsilçiləri, həm “DB Schenker” həm də dünyanın digər aparıcı şirkətləri ilə danışıqlarda, onları ölkəmizdə yaradılan yeni infrastruktur, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yaratdığı yeni imkanlardan yararlanmağa dəvət ediblər. Qarşılıqlı fayda verəcək əməkdaşlıq üçün danışıqları davam etdirmək qərara alınıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016