Taking too long? Close loading screen.

Azərbaycanın tranzit marşrutları artıq bir çox ölkələrin yükgöndərənlərinin böyük maraqlarına səbəb olub

2016-10-07

Azərbaycanın tranzit marşrutları artıq bir çox ölkələrin yükgöndərənlərinin  böyük maraqlarına səbəb olub. Həmin şirkətlər bu marşrutların əlverişliyini, rəqabətə davamlı olduğunu təcrübədən keçirməyə başlayıblar. Azərbaycanın Şimal-Cənub və Cənub-Qərb marşrutları ilə ilk yüklər daşındıqdan sonra bir çox maraqlı tərəflər ilk addım atmaq qərarına gəliblər.

İlk dəfə, bu gün Şimal-Cənub nəqliyyat dəhlizi ilə Hindistanın Banqalor şəhərindən Rusiyanın Vorsino stansiyasına test olaraq göndərilməsi planlaşdrılmış, elektrik avadanlıqlar və onlara ehtiyyat hissələri ilə yüklənmiş 5 ədəd 40 futluq universal kontenerlərdən 3-ü, “ADY Express” şirkətinin Astara Yük Həyətində qəbul edilib, platfolmalara yükləndikdən sonra, Astara stansiyasından təyinatı üzrə yola salınıb.

Konteynerlər Hindistanın Mumbay şəhərindən dəniz vasitəsi ilə İranın Bəndər Abbas Limanına, oradan dəmir yolu ilə Qəzvin stansiyasına, oradan da avtomobillərlə Azərbaycan Astarasına çatdırılaraq, Rusiyaya yola salınıb. Artıq demək olar ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün iştirakçı ölkələri yükdaşımalar prossesinə qoşulublar.

Bir neçə gün öncə isə “ADY Express”  Cənub-Qərb nəqliyyat dəhlizi ilə daha bir əməliyyat həyata keçirib. Belə ki, İran islam Respublikasından Avropaya göndərilən, mərmərlə yüklənmiş, 10 ədəd 20 futluq konteynerlər, yük avtomobillərdən dəmir yolu platformalarına aşırılaraq, Astara dəmir yolu stansiyasından yola salınmışdı.      

Xatırladaq ki, hələlik yüklər İran İslam Respublikasından avtomobillərlə daxil olur, Astarada “ADY Express”-ə məxsus Yük Həyətində    vaqonlara aşırılaraq Astara d/y stansiyasından yola salınır. Həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astarada vaqonlara yüklənməsi Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu fərmandan  irəli gələn qaydaların təsdiq etməsi nəticəsində mümkün olub.

Həmin Fərmana uyğun olaraq, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları ilə  edilməsi şərtilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.

Astaraçay üzərində salınan dəmir yol körpüsünün tikintisi isə başa çatmaq üzrədir. inşa edilən körpü və salınan yeni dəmir yolu  Azərbaycanın Astara Stansiyası ilə İran- Astara stansiyasını  birləşdiriləcək ki, bu da öz növbəsində  Şimal-Cənub və Cənub-Qərb marşrutlarında yük dövrüyyəsinin intensivləşməsinə böyük təkan verəcəkdir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016