Taking too long? Close loading screen.

“AzRusTrans” QSC birgə müəssisəsinin təntənəli təqdimat mərasimi keçirilmişdir

2016-10-11

10 oktyabr 2016-cı ildə “Azərbaycan Dəmir Yolları» QSC-nin və “Rusaqrotrans” QSC-nin birgə müəssisəsi olan “AzRusTrans” QSC-nin təntənəli təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə birgə müəssisənin rəhbəri Cavid Quliyev açaraq, iştirakçılara müəssisənin Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında beynəlxalq daşımalarda olan üstünlüklərindən söhbət açmışdır.

0-92848111016

Sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov, “AzRusTrans” QSC-nin İdarə Heyətinin sədri Oleq Roqaçov, ““Rusaqrotrans” QSC-nin İdarə Heyətinin üzvü Konstantin Zasov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İqbal Hüseynov, “Rusaqrotrans” QSC nin direktoru Yuri Kim, “Rusaqrotrans” QSC nin marketinq departamentinin direktoru Aleksey Fedotenkov çıxış edərək yeni yaradılan birgə müəssisənin gələcək perspektivlərindən danışmışlar.

1-92849111016

Məlumat üçün deyək ki, “Rusaqrotrans” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin iştirakı ilə müştərək müəssisənin yaradılmasında məqsəd Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasındakı yük dövriyyəsində dəmir yolu daşımalarının payının artırılması, bazarın tələb etdiyi rəqabət qabiliyyətli logistika xidmətlərinin yaradılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Vaqon parklarını birləşdirməklə hər iki şirkət ilk mərhələdə taxıl və meşə materiallarının daşınmasını əhatə edə bilər.

Aparılmış işlərin nəticələri (o cümlədən Bakı – Tbilisi – Qars, Şimal – Cənub kimi yeni dəhlizlərin tikintisi) göstərir ki, yeni dəhlizlərin fəaliyyəti nəticəsində Rusiya ilə Türkiyə arasında və ya Rusiya ilə İran arasında Azərbaycandan keçməklə dəmir yolu daşımalarının həcmi yaradılmış birgə müəssisənin fəaliyyəti hesabına ikiqat arta bilər. Eyni zamanda Rusiya – İran və Rusiya – Gürcüstan və Rusiya – Türkiyə, Qazaxıstan – Türkiyə, Qazaxıstan – Gürcüstan istiqaməti üzrə taxıl daşımaları daha perspektivli ola bilər.

2-92850111016

“AzRusTrans” şirkəti Rusiya Federasiyasında və Azərbaycanda şəxsi vaqon parkına sahib olan ən əsas operatorlardan biri olmağa can atan dəmir yolu şirkətidir. “AzRusTrans” dəmir yolu şirkəti əsas logistika şirkəti olmağa və treyderlərə, müxtəlif malların satıcılarına və alıcılarına xidmət göstərməyə çalışır. “AzRusTrans” taxıl məhsulları, digər açıq, aqrar, ağac məhsulları, mineral gübrələr, tikinti, konteyner, qablaşdırma və maye yüklər daşıyacaq. “AzRusTrans” vaqonların icarəsi, vaqonların izlənməsi (Azərbaycan ərazisində), tariflər də daxil olmaqla Bakı – Tbilisi – Qars, İran – Rusiya (Şimal – Cənub) kimi yeni dəhlizlər təklif etməklə yüklərin bir yerdən başqa yerə daşınmasını təmin edəcək.

“AzRusTrans” şirkətinin vəzifəsi yükgöndərən müştərilərin tələbatına maksimum dərəcədə operativ cavab verə biləcək nəqliyyat məhsulunun təqdim edilməsidir.

Birgə müəssisənin yaradılmasında məqsəd Azərbaycan ərazisindən keçməklə tranzit yük dövriyyəsində dəmir yolu ilə daşımaların payını artırmaqdır.

Tədbirin sonunda müvafiq sənədlər imzalanmışdır.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016