Taking too long? Close loading screen.

Dəmir yolunun Səngəçal istehsalat bazası istifadəyə verilmişdir

2016-10-13

Tədbirdə “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov iştirak etmişdir

Oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Açılış mərasımində “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, “Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.

Dünyanın indiki iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil. Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulmasına yanvar ayında start verilmişdir. Əsaslı təmirdən sonra burada bir deyil, iki baza fəaliyyət göstərir.

Məlumat verilmişdir ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülmüş və əvəzində yenilərinin tikilməsi həyata keçirilmişdir. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılmış və iş əmsalının artırılmasına şərait yaradılmışdır. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatmışdır. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənmişdir. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.

Bundan başqa ərazidə ağac və bəzək kolları əkilmiş, yaşıllıqlar salınmışdır. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak etmişdir.

Hazırda bazada müxtəlif fasilələrlə 6 ədəd çatılı kran fəaliyyət göstərir. «Azərbaycan Dəmir Yolları» QSC rəhbərliyinin yaxından köməyi ilə daha 2 ədəd yeni çatılı rəhbərliyinin kran alınmışdır.

Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyununb-geyinmə otaqları və duşxanalar, gözətçi budkası, tikilib-istifadəyə verilmiş, ərazi müasir səviyyəli hazırlanmış, eyni zamanda sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar, yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilmişdir.

Texnikalar üçün nəzərdə tutulan anqarın və yeni stadionuntikintisi davam edir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirmiş, dəmiryolçuları 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik etmiş, görülən işlərə görə 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivinə təşəkkür etmişdir.

Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub. Sovet sənayeləşməsinin ilkin dövrlərinə təsadüf edən Yol-Maşın Stansiyalarının formalaşması, əsasən, dəmir yollarının əsaslı təmirinə hesablanmış və bu günə qədər həmin məqsədə xidmət göstərir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016