Taking too long? Close loading screen.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.

2016-10-23

Səfər çərçivəsində İranın paytaxtı Tehran şəhərində Azərbaycan, İran, Gürcüstan dəmir yollarının rəhbərləri və dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayılan Almaniyanın “Deutsche Bahn” (DB) dövlət şirkətinin nümayəndələri arasında dördtərəfli görüş keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun Baş Direktoru Mohsen Purseyid Ağayi, “Gürcüstan Dəmir Yolları” SC-nin Baş Direktoru Mamuka Baxtadze və “Deutsche Bahn” (DB) şirkətinin İcraçı Direktoru Andre Hempel iştirak ediblər.
Danışıqlar zamanı Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Həmin marşrutla Hindistan və İran körfəzi ölkələrindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi mexanizmi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Cənub-Qərb dəhlizi, qeyd olunan istiqamətdə, yüklərin nəql edilməsi üçün ən əlverişli marşrutdur. Görüşdə DB şirkətinin qeyd olunan dəhliz vasitəsi ilə yükdaşımalarda iştirakı müzakirə edilib və Alman dəmiryolçuları Avropadan irana, İran körfəzi ölkələri və Hindistana yüklərin nəql edilməsi zamanı bu marşrutdan istifadə edilməsində maraqlı olduqlarıını bildiriblər. Tərəflər arasında, uzun müddətdir müzakirə olunan, DB şirkətinin iştirakı ilə sınaq qatarının göndərilməsinə dair texniki məlumatlar dinlənilərək noyabr ayının sonunda Cənub-Qərb marşrutu ilə test qatarının göndərilməsi haqda qərar qəbul olunub. Qərara əsasən, 41 konteynerdən ibarət olacaq test qatarı, Rumıniyanın Konstanta limanından yola salınacaq və Tehrana 8 gün ərzində çatacaq. Konteynerlər Konstanta Limanından gəmi ilə Gürcüstan limanına nəql edilərək, oradan dəmir yolu ilə Azərbaycanın Astara stansiyasına, Astaradan yük avtomobilləri ilə İranın Qəzvin stansiyasına yola salınacaq, və oradan yenidən dəmir yolu vasitəsi ilə Tehrana çatdırılacaq. Beləliklə, Almaniyanın “DB” şirkəti Cənub-Qərb marşrutunda yüklərin nəql edilməsində iştirak edəcək və bu marşrutda əməli fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Cənub-Qərb nəqliyyat dəhlizi, İran Körfəzi / Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyət göstərir. Cənub-Qərb nəqliyyat dəhlizı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun təşəbbüsü ilə yaradılıb. Marşrutun ilk təqdimatı 2016–cı il yanvarın 14-də Bakıda keçirilib və elə həmin zaman Azərbaycan, Gürcüstan, İran və Ukrayna dəmir yolları arasında müvafiq razılaşma imzalanıb. Cənub – Qərb Tranzit Dəhlizi digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Misal üçün, əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hindistandan Avropaya təqribi olaraq 30-40 gün təşkil edirsə, Cənub – Qərb Tranzit Dəhlizi ilə bu müddət 15 gün təşkil edir.

Onu da qeyd edək ki, İrana səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İran Dəmir Yolunun Baş Direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüş də keçirib. Görüşdə Astara (Azərbaycan) – Astara (İran) stansiyaları arasında dəmir yolunun və iki ölkə sərhəddində Astaraçay üzərində inşa edilən dəmir yol körpüsünün tikintisi ilə bağlı son məlumatlar dinlənilib, inşahat işlərinin gedişatı ətrafında müzakirə aparılıb. Eyni zamanda İranın Astara stansiyasında inşa edilən yük terminalının texniki imkanları haqda danışan tərəflər, terminalın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016