Taking too long? Close loading screen.

Çin Azərbaycanda regional hab yaratmaq niyyətindədir

2016-10-25

Çin Xalq Respublikasında səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Siçuan vilayətinin paytaxtı olan Çenqdu şəhərində görüşlər keçiriblər.

Azərbaycan nümayəndə heyəti ilə danışıqlarada Çenqdu Bələdiyyə limanı və Loqistik mərkəzinin direktoru Çen Zhonq Uey, Çenqdu Beynəlxalq dəmir yolu xidmətinin Sədri və Baş Direktoru Fan Jun və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş zamanı Çinin Siçuan vilayətinin iqtisadi imkanları, ixrac potensialı və ixrac yolları müzakirə olunaraq, burada istehsal olunan malların Avropaya nəql edilməsi zamanı, Azərbaycan ərazisindən keçən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə imkanları diqqət mərkəzində olub.

Qeyd edək ki, Siçuan vilayəti son illər ərzində Çində sürətlə inkişaf edən vilayətlərdən biridir. Bu Çinin iqtisadı potensialının artırılmasına xidmət edən iqtisadı inkişaf proqramının ikinci mərhələsi çərçivəsində həyata keçirilən layihələrdən biridir. Məhz bu mərhələdə, Sakit okean sahilində yerləşən vilayətlərdən sonra, Çinin mərkəzi və qərb rayonlarının inkişafı nəzərdə tutulur. Və məhz bu rayonlardan qərbə doğu yüklərin nəql edilməsi, quru yolla, başqa sözlə desək, Yeni İpək Yolundan istifadəsi nəzərdə tutulur və iqtisadi baxımdan əlverişli sayılır.

Çin tərəfi TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan etməkdə maraqlı olduqlarını “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun diqqətinə çatdıraraq, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsini nəzərə alaraq, burada regional hab yaratmaq arzusunda olduqlarını bildiriblər. Qeyd ediblər ki, əhalinin six yaşadığı və iqtisadıyyatı sürətlə inkişaf edən ölkələr  – İran, Türkiyə və Cənubi Avropa ölkələri ilə ticarət dövriyyəsini artırmaq məqsədi ilə həmin ölkələrə yük qatarlarını Azərbaycan ərazisindən keçməklə göndərmək niyyətindədirlər. Yəni yüklər Azərbaycana, buradan isə təyinatı üzrə ya İrana (Astara stansiyasından), ya Türkiyəyə (Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə) ya da Avropaya (Gürcüstanın limanlarında istifadə etməklə Qara dəniz vasitəsi ilə) çatdırılması nəzərdə tutulur. Bunun üçün Çində “One Belt One Road” yəni “Bir Kəmər Bir Yol” adlı xüsusi proqramm da hazırlanıb. Proqramm çərçivəsində TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daimi istifadə edilməsi və bu yolda yük qatarlarının sayının artırılması nəzərdə tutulur.

Azərbaycan və Çin nümayəndə heyətləri qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə edərək, bu ilin sonuna qədər TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 5 test qatarın göndərilməsi haqda razılığa gəliblər. Tərəflər arasında növbəti görüşün Bakıda keçirilməsi haqda qərar qəbul edilib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016