Taking too long? Close loading screen.

Azərbaycan ilə Avstriyanın dəmir yolu qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir

2016-11-04

Avstriyada səfərdə olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 2-də Vyanada “Avstriya Federal Dəmir Yolları” konserninin idarə heyətinin sədri Andreas Matte ilə görüşmüşdür.

Görüşdə hər iki ölkənin yerləşdiyi regiondakı özünəməxsus mövqeyi, Avropa və Asiya arasında sərnişin və yük daşımalarında gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

C.Qurbanov qeyd etmişdir ki,  Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yüklərin nəql edilməsi üçün unikal mövqeyə malikdir. Ənənəvi marşrutlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə meydana gələn “Cənub-Qərb dəhlizi“ layihəsi isə gələcəkdə Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevrilə bilər. Hər iki ölkənin əlverişli coğrafi mövqeyi və eləcə də tranzit imkanlarından yararlanaraq, Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmiryol şəbəkəsinin inkişaf etdirilməsində iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanları mövcuddur.

Andreas Matte tarixi ənənələrə söykənərək, Avstriyanın Mərkəzi və Şərqi Avropa ölkələrində yük və sərnişin daşımalarında öncül mövqedə olduğunu diqqətə çatdırmışdir. O, həmçinin qeyd etmişdir ki, Avropanın mərkəzində yerləşən Avstriyanın tranzit yük axınının digər Avropa ölkələrinə yönləndirilməsində geniş və uğurlu təcrübəsi var.

A. Matte “Cənub-Qərb dəhlizi“ layihəsinin böyük maraq doğurduğunu və gələcəkdə bu mövzuda müzakirələrin aparılmasının vacibliyini qeyd etmişdir.

Görüşdə gələcək əməkdaşlığı dərinləşdirmək və müvafiq layihələri müzakirə etmək üçün “Avstriya Federal Dəmir Yolları” ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Avstriya nümayəndəliyi arasında əlaqələrin qurulması üçün razılıq əldə olunmuşdur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016