Taking too long? Close loading screen.

Azərbaycan və İran dəmir yolçuları sərhəddə görüşdülər

2016-11-09

8 noyabr 2016-ci ildə Azərbaycan və İran dəmiryolçuları Astara çayı üzərində tikilən körpüdə – sərhəddə görüşdülər.

foto-05-640x511

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan heyəti Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km yolu ilə ilk dəfə dizel qatarla Astara çayı üzərində tikilən körpüyə, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayinin rəhbərlik etdiyi nümayəndə heyəti körpünü keçərək Azərbaycan tərəfinə gəldi.

Bayram əhval-ruhiyyəli görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək bildirdi ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuş, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə başlanmışdır. Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boyu 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır.

Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilmiş, körpünün üstü betonlanmış, məhəccərlər qoyulmuşdur. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir.

Sonra nümayəndə heyətləri İran tərəfdə tikintisi gedən yük terminalının baxış keçirdilər və 1,3 km yolun torpaq yatağında görülən işlərlə tanış oldular. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov İran İslam Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırdı.

Sonda görüş iştirakçıları birlikdə Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yoluna baxış keçirdilər.

İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Azərbaycan tərəfindən görülən işləri yüksək qiymətləndirdi.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının İran körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016