Taking too long? Close loading screen.

TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu Rotterdamda təqdim edilib

2016-11-19

15-17 noyabr 2016-cı il tarixlərində Niderland Krallığının Rotterdam şəhərində nəqliyyat və loqistika şirkətləri arasında nüfuz qazanan “İntermodal Europe 2016” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçirilib. Tədbirdə TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiuma daxil olan şirkətlər:  «ADY Express» MMC (Azərbaycan), «ACSC Logistics» MMC (Azərbaycan), «KTZ Express» (Qazaxıstan) və «GR Logistics&Terminals» (Gürcüstan) TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunu təqdim ediblər.

Vahid stendlə sərgidə iştirak edən konsorsium iştirakçıları nəqliyyat sahəsində imkanlarını təqdim ediblər. Xəzər regionundan keçməklə, Çindən Türkiyə və Avropa ölkələri istiqamətində yükdaşımalar həyata keçirmək üçün TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin yaratdığı imkanlar, yüklərin nəql edilməsində yeni texnologiyalar və çatdırılma vaxtı səgri iştirakçıları və qonaqlar tərəfindən böyük marağa səbəb olub. Sərgi çərçivəsində, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilib və danışıqlar aparılıb. “İntermodal Europe 2016” sərgisi bir daha TBNM layihəsinin dəyərini göstərməklə qlobal yükdaşımalar sistemində mültimodal nəqliyyat sisteminin üstünlüyünü bir daha sübut etdi.    

Bundan başqa sərgi çərçivəsində TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun nümayəndələri  “Yeni İpək yolu: Avropa ilə Çini birləşdirən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” adlı bizness sessiya keçiriblər. Bizness sessiyada TransXəzər Beynəlxalq Nəqliyyat konsorsiumunun müşahidə şurasının sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, konsorsiuma  daxil olan Azərbaycan, Qazaxstan və Gürcüstan şirkətlərinin nümayəndələri, Almaniyanın DB Cargo və DHL, İsveçrənin ASSTRA, Bolqarıstan, Rumıniya və Polşa yükdaşıyıcıların nümayəndələri çıxış ediblər. Konfrans zamanı, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqda, onun imkanları, həyata keçirilən infrastruktur layihələr, yükgöndərən və yükdaşımalarla məşğul olanlar üçün yaradılan şərait və perspektivlər haqda ətraflı məlumatlar çatdırılıb. Konfrasda çıxış edən DB Cargo, DHL və ASSTRA şirkətlərinin nümayəndələri konfrans iştirakçıları ilə TBNM vasitəsi ilə yükdaşımalar həyata keçirmələri haqda təcrübələri bölüşüblər.

Keçirilən tədbirlər əsnasında, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təqdim etdiyi yeni logistika məhsuluna, yükdaşımalar bazarında böyük marağın olduğu dəfələrlə qeyd edilmişdir. 

Qeyd edək ki, Rotterdamda təşkil olunan tədbirinin təşkilatçısı Azərbaycanın “ADY Express” şirkətidir. Bundan əvvəl isə il ərzində bu cür tədbirlər Çinin Şanxay şəhərində «Transport Logistics China 2016» və Ukraynanın paytaxtı Kiyev şəhərində “TransUkraina 2016” sərgiləri çərçivəsində keçirilmişdir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016