Taking too long? Close loading screen.

“Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes-forumu keçirilir

2016-11-25

25 noyabr 2016-cı ildə Bakı şəhərində “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes-forumu keçirilir.

Biznes forumda Azərbaycan respublikası baş nazirinin müavini Abid Şərifov çıxış edərək,tədbir iştrakçılarına ölkə başçısı İlham Əliyevin salamlarını çatdırdı və Azərbaycan Dəmir Yolunun son illərdə keçdiyi inkişaf yolu,beynəlxalq nəqliyyat layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında geniş məlumat verdi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes forumunun Azərbaycanda keçirilməsini mühüm hadisə kimi qiymətləndirdi və bildiridi ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və beynəlxalq layihələrin reallaşmasında aktiv iştrak edir.

Tədbirdə 1520 mm məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərləri iştirak edir.
Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, «Şimal-Cənub» və «Şərq-Qərb» nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı və logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə ediləcəkdir.

Forum iştirakçıları, həmçinin aşağıdakı məsələlər üzrə də diskussiyalar aparacaqlar: Xəzər tranziti – Dünyanın dörd tərəfini birləşdirərək; Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü; Xəzər halqası – açıq dəmir yolunun işə salınması ilə region dövlətlərin mənfəəti; İxrac diversifikasiyası – «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar; Maliyyələşdirmə – irimiqyaslı ixrac layihələrinin təminatı məqsədilə dövlət tərəfindən həyata keçirilən mexanizmlər; İnfrastruktur – birgə yol çəkilişinin istiqamətləri; Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları; İnvestisiyalar – bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər; Bərə əlaqəsi – dəmir yolunun davamı kimi.

Multimodal daşımalar – multimodal konteyner daşımaları bazarı; Təklif və tələb dinamikası; Dəmir yolu – dəniz limanı, tələb olunan terminallar və onların inşasının maliyyələşmə mənbəyi; Çoxfunksional nəqliyyat qovşaqları; «Şimal-Cənub» marşrutunda hansı şəhərlərə bu məqsədlə üstünlük veriləcək; Geriyə döndükdə boş vaqonların yüklə mütəmadi olaraq doldurulmasının təminatı.

Tədbir iştirakçıları üçün təntənəli qəbul, həmçinin Bakının görməli, tarixi yerlərinə ekskursiyalar da təşkil olunacaqdır.

Tədbirin sonunda müvafiq sənədlər imzalanacaq.

MƏLUMAT ÜÇÜN: Strateji tərəfdaşlığımızın əsas məqsədi “1520 məkanı”nı daha dinamik şəkildə inkişaf etdirərək dünya ticarət dövriyyəsinin tələbatlarının təmin edilməsində lider mövqelərdən birini tutmaq imkanına malik olan nəqliyyat-logistik sisteminə çevirməkdən ibarətdir.

Forumun əsas məqsədi bu ölkələrdə dəmir yolu infrastrukturunun modernləşdirilməsi, yeni texniki vasitələrin alınması, vahid nəqliyyat siyasətinin formalaşdırılması perspektivləri məsələlərini müzakirə etməkdir.

Forumda, həmçinin, adından göründüyü kimi, “1520 mm-lik dəmir yolları məkanı”nda əsaslı islahatların aparılması, yeni texnologiyaların tətbiqi ilə infrastrukturun yeniləşdirilməsi və s. məsələlərə də baxıldı. Bu məqsədlərə isə yalnız bütün tərəfdaşların nəqliyyat infrastrukturlarının rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilmiş inteqrasiya prosesləri əsasında nail olmaq mümkündür. Öz növbəsində bu məsələlərin həlli üçün “1520 məkanı”nın əsas rəqabət üstünlüyündən, tarixi nəqliyyat əlaqələrindən və bu məkana daxil olan ölkələr arasındakı etibarlılığın yüksək səviyyəsindən effektiv şəkildə istifadə edərək bu üstünlüyü daha da inkişaf etdirilməsi əsas şərtlərdəndir.

Məlumat üçün bildirək ki, “1520 mm” dəmir yolu forumu 1997-ci ilin mayından fəaliyyət göstərir. Rusiyada, digər MDB və Baltikyanı dövlətlərdə, eləcə də Finlandiyada və Monqolustanda enli, həmçinin ensiz dəmir yolu xətləri üzrə diskussiyaların keçirilməsi üçün nəzərdə tutulub. 1520 rəqəmi MDB, Monqolustan, eləcə də Finlandiya dəmir yolu xətlərinin izini (enini) göstərir.

Hazırda dünyada bu ölçülü dəmir yolu xətlərinin uzunluğu 150000 kilometrdən artıqdır. İlk dəfə bu ölçüdə dəmir yolu xətti ikiyollu Peterburq- Moskva xəttinin (1524 mm olmaqla) tikintisində tətbiq edilib və 1851-ci ildə istifadəyə verilib. Bu iz (ölçü) təsadüfən qəbul olunmayıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu, yüksək ötürücülük qabiliyyətinə və sürətin getdikcə artırılmasına imkan verir. İyirminci əsrin 60-cı illərinin sonlarında hesablamanın rahatlığı üçün 1524 mm-dən 1520 mm-lik dəmir yolu izinə keçirilmişdir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016