Taking too long? Close loading screen.

Türkmənistanda “Dayanıqlı nəqliyyat sistemi qlobal konfrans” keçirilir.

2016-11-27

Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin dəstəyi ilə “Dayanıqlı nəqliyyat sistemi qlobal konfrans” keçirilir. Tədbirdə BMT-nin baş katibi Pan Gi Mun, Əfqanıstan, Gürcüstan, Boliviya, Çernoqoriya, Avstriya dövlət başçıları və bir sıra beynəlxalq təşkilatlarının rəhbərləri iştirak edirlər. İlk qlobal konfransda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Konfrans ölkələr arasında nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə və inkişafına yönəlib. Toplantı çərçivəsində nəqliyyat sahəsində ölkələr arasında mövcud olan bir sıra mühüm məsələlər müzakirə edilib və onların həll yolları araşdırılıb.

Konfransda çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və BMT-nin baş katibi Pan Gi Mun bildiriblər ki, tədbir digər regionlarla yanaşı, həm də Xəzəryanı ölkələrin tranzit sahəsində əlaqələrin genişləndirilməsində öz töhfəsini verəcək. Belə ki, sözügedən ölkələr Xəzər dənizi vasitəsilə Qara dənizə çıxış imkanlarını artıra bilərlər və bununla da, ticarət dövriyyəsini artırmaq mümkün ola bilər. Bu da, öz növbəsində qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri olacaq. Belə ki, ölkələr arasında tranzit yükdaşımalar nəqliyyatın inkişafı ilə yanaşı ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə geniş şərait yaradır.

Qlobal konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin müstəqil illərdə keçdiyi yoldan, Ermənistanın işğal siyasəti nəticəsində yaranan problemlər və buna baxmayaraq Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan və ölkəmizin nəqliyyat sektorunun inkişafından söz açıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin nəqliyyat sahəsində görülən işlərdən, yaradılan yeni infrastruktur, tikilən avtomobil və dəmir yollarından, inşa edilən dəniz və hava limanlarından, yaradılan azad ticarət zonalarından konfrans iştirakçılarına geniş məlumat verib. Bildirib ki, Azərbaycanın unikal coğrafi mövqeyi və yaradılan şərait ölkəmizin iri tranzit mərkəzinə cevrilməsinə imkan yaradır. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov eyni zamanda ölkəmizdən keçən tranzit marşrutlardan söz açaraq, həmin nəqliyyat dəhlizlərin üstünlükləri, təhlükəsiz olduqlarını və rəqabətə davamlı olduqlarını vurğulayıb.

Qlobal konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər də keçirib. Hindistan hökümətinin yol-nəqliyyat maqistralları və gəmiçilik üzrə dövlət naziri Pon Radhakrişnanla görüşdə, Şimal-Cənub Beynəlxalq Nəqliyyan Dəhlizinin potensialı və bu marşrutun inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.

Nəqliyyat və rabitə üzrə Türkmənistan Baş nazirinin müavini Satlık Satlıkov, Türkmənistan dəmir yolu naziri Bayram Annameredov və Türkmənistan dəniz və çay nəqliyyatı xidmətinin rəisi Aman Qurdovla görüşdə Cavid Qurbanov hər iki ölkəni birləşdirən nəqliyyat dəhlizinin gələcək perspektivləri, Türkmənistan tərəfdə bərələrin operativ yüklənib boşaldılmasına dəstək verilməsi, Türkmənbaşı limanında dəniz dibinin dərinləşdirməsi üzrə işlərin aparılması və Ro-Ro tipli bərələrin marşruta buraxılması məsələləri diqqət mərkəzində olub. Dibin dərinləşməsi ağır tonajlı gəmilərin limana daxil olmasına şərait yaradacaq və digər gəmilərin zədələnməsinin qarşısını alacaq, Ro-Ro tipli bərələrin marşruta buraxılması isə yüklərin birbaşa vaqonlarla gəmilərə daxil olmasına şərait yaradacaq və əlavə boşaldma- yükləmə əməliyyatına ehtiyac qalmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov həmçinin, Türkmənistanın Baş nazirinin müavini, xariçi işlər naziri Rəşid Meredovla ikitərəfli görüş keçirib. Danışıqlarda iki ölkə arasında münasibətlərin möhkləmləndirilməsi və genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri və tranzit imkanlar haqda söhbət aparılıb. Bu sahədə Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın böyük perspektivi olduğu vurğulanıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016