Taking too long? Close loading screen.

“ADY Express”-in nümayəndəsi Azərbaycan-ABŞ biznes forumunda çıxış edib.

2016-12-01

ADA Universitetində AMCHAM-Azərbaycanda Amerika ticarət palatasının təşkilatçılığı ilə 1-ci Azərbaycan – ABŞ Biznes Forumu keçirilib. Tədbirdə Azərbaycan və Amerika Birləşmiş Ştatlarından olan rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. Forum çərçivəsində keçirilən müxtəlif sessiya və panellərdə biznesin inkişafı, investisiya imkanları və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Çıxış edənlər bank işi və maliyyə sahəsi, energetika və sənaye, kənd təsərrüfatı və ticarət kimi mövzularla bağlı fikirlərini bölüşüblər. Nəqliyyat mövzusuna həsr edilmiş paneldə “ADY Express” şirkətinin nümayəndəsi, biznesin inkişafı və marketinq departamentinin rəhbəri Natiq Cəfərov də iştirak edərək, çıxış edib. O yaxın gələcəkdə Azərbaycan dəmir yolunda baş verəcək dəyişiklərdən, yeni infrastruktur layihələrdən, Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan və Azərbaycanın regional tranzit mərkəzinə çevriləcəyindən danışaraq, bu sahədə görülən işlər və gələcək perspektivlər haqda məlumat verib. Çıxışın sonunda, sessiya iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016