Taking too long? Close loading screen.

Bakıda TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri dördtərəfli görüşdə müzakirə olunub

2016-12-07

7 dekabr 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib.

Görüşdə «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, «Qazaxıstan Dəmir Yolu» SC-nin Prezidenti Kanat Alpısbayev, Türkiyə Dəmir Yolu Daşımaçılığın baş direktoru Veysi Kurt və «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze və iştirak ediblər.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmizin aktiv iştirakı, Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Tərəflər Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, bu marşrut ilə daşınan yüklərin həcminin artırılması və tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər.

“Qazaxıstan Dəmir Yolu” SC-nin Prezidenti Kanat Alpısbayev, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze, Türkiyə Dəmir Yolu Daşımaçılığın baş direktoruVeysi Kurt çıxış edərək Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu, bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildiriblər.

Görüşün sonunda anlaşma memorandum imzalanıb.

Tədbirdə həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanınnın baş direktoru Taleh Ziyadov, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədri Rauf Vəliyev iştirak ediblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016