Taking too long? Close loading screen.

Batumidə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə iclas keçirilib.

2017-01-19

“ADY Express” MMC-nin nümayəndə heyəti yanvarın 17-də Gürcüstanın Batumi şəhərində  keçirilən, Transxəzər Beynəlxalq Nəqliyyat  Marşrutunun  inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclasının işində iştirak edib. İclasda Çin-Avropa istiqamətində Xəzər üzərindən keçməklə Transxəzər dəhlizi üzrə tariflər bir daha nəzərdən keçirilib, marşrutun  digər alternativ xətlərlə müqayisəli təhlili aparılıb.

Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması,  yarana biləcək  çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub. İşçi qrupunun  üzvləri   Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra yüklərin  Azərbaycan üzərindən keçməklə  Avropaya,  Ukraynada mövcud geosiyasi vəziyyətlə bağlı isə yüklərin Orta Asiya  və Çinə  çatdırılması imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycan, Türkiyə,  Gürcüstan,  Qazaxıstan, Ukrayna və  Polşanın əlaqədar qurumlarının qatıldığı toplantıda, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri də iştirak ediblər.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Yanvarın 18-də isə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq  Assosiasiyasının  təsisçilərinin iclası keçirilib.   İclasda Assosiasiyanın  2017-il üçün iş planı təsdiq olunub.

Xatırladaq ki, 2016-cı ilin  oktyabrında  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna   hüquqi status verilərək  Beynəlxalq Assosiasiya formatına gətirilib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016