Taking too long? Close loading screen.

Bakıda Azərbaycan və İran dəmiryolçuları arasında görüş keçirilib

2017-02-07

Fevralın 7-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikası Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında görüş keçirilib.

Görüşdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin tikintisi, Astara terminalının inkişaf etdirilməsi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin icra vəziyyəti müzakirə mövzusu olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, iki ölkə Prezidenti arasında yaranmış səmimi münasibət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini qeyd edib. Eyni zamanda Cavid Qurbanov, Azərbaycan Dəmir Yollarında həyata keçirilən layihələr, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlaması və digər məsələlərdən danışıb.

İran İslam Respublikası Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə öz növbəsində, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara(Azərbaycan) stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatması və Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək. Qeyd edib ki, hazırda İran tərəfində işlər sürətlə davam edir. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yükaşırma terminalın inşası daxildir.

Sonda ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016