Taking too long? Close loading screen.

“ADY Express” “ADA Universiteti”-ndə təşkil olunan “5-ci Karyera” sərgisində iştirak edib

2017-03-05

Martın 2-də “ADA Universiteti”-ndə ənənəvi “5-ci Karyera” sərgisi keçirilib. Bir çox iri şirkət və korporasiyaların təmsil olunduğu bu dəfəki tədbirdə ilk dəfə olaraq “ADY Express” şirkəti də iştirak edib. Sərgidə iştirak etməkdə məqsəd şirkət üçün savadlı və perspektivli kadrları seçmək, onlara şirkətdə təcrübə keçməyə, professional biliklərini artırmağa şərait yaratmaq və gələcəkdə işə götürməkdir. Tədbir çərçivəsində, ADY Express-in İnsan resursları şöbəsinin əməkdaşları, tələbələr və magistrantlarla görüşlər keçirərək şirkət haqqında məlumatları çatdırıblar və eyni zamanda onların bacarıqlarını öyrəniblər.
Sərgi zamanı, ADY Express-də təcrübə keçmək üçün 60-dan artıq müraciət daxil olub. Müraciət edənlər əsasən biznes idarəçiliyi, biznesin inkişafı, maliyyə və mühasibatlıq sahəsində təcrübə keçmək və gələcəkdə çalışmaq istədiklərini bildiriblər. Çoxsaylı müraciətləri nəzərə alan ADY Express yay aylarında universitet tələbələri üçün, şirkətin müxtəlif departamentlərində təcrübə keçmək üçün “Yay Təcrübə Proqramı” nəzərdə tutub. Bundan başqa ADY Express nəqliyyat və logistika sahəsində fəaliyyət göstərdiyindən, bu sahəyə aid elmi işlər yazan tələbə və aspirantlara elmi araşdırmalarında yardım edəcək.
Azərbaycan iqtisadiyyatının nəqliyyat və logistika sahəsinin son illər ərzində inkişaf dinamikası göstərir ki, artıq yaxın zamanlarda burada çalışacaq gənc, enerjili, savadlı və təcrübəli kadrlara ehtiyac artacaq. Bunu nəzərə alan ADY Express artıq indidən məsələnin həllinə çalışaraq gələcək inkişafı təmin etmiş olur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016