Taking too long? Close loading screen.

Moskvada “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” müzakirə olunub

2017-03-10

Azərbaycan, Rusiya və İranın müvafiq qurumlarının nümayəndələri martın 7-də Moskvada dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparıblar. Görüşdə əsasən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə olunaraq marşrutla yükdaşımaların rəqabətə davamlı olmağına dair qərarlar qəbul edilib.
Danışıqların nəticəsi olaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin coğrafiyası genişləndirilərək, yüklərin Finlyandiya və Skandinaviya ölkələri ilə yanaşı, Estoniya, Latviya və Belarusa nəql edilməsi haqda daşıma mexanizmi işlənilib hazırlandı. Bundan başqa, dəhlizlə yükdaşımalarda maraqlı olan, ekspeditor şirkətləri və yük sahibləri ilə işbirliyi qurulması haqda fikir mübadiləsi aparılıb. Tərəflər növbəti görüşlərə Hindistan tərəfinin dəvət edilməsinin vacibliyindən danışaraq, dəhlizdə vahid nəqliyyat sənədinin tədbiq edilməsi üzərində işlərin aparılması haqda razılığa gəliblər. Danışıqlar zamanı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yüklərin catdırılma vaxtı və yeni tariflər razılaşdırılıb. Sonda, görüşün nəticəsinə dair Azərbaycan, Rusiya və İran Dəmir Yolları arasında sənəd imzalanıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016