Taking too long? Close loading screen.

Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin yığıncağı keçirilib

2017-04-01

Bu gün Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin və eyni zamanda təşkilatın ümumi yığıncağı keçirilib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin Prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı”nın rəhbəri Abay Turikpenbayev“Batumi Dəniz Limanı”nın rəhbəri Murad Cumadillayev iştirak ediblər.

İdarə Heyətinin yığıncağında “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq assosiasiyası” Hüquqi şəxslər birliyində üzvlük haqqında müddəanın təsdiqlənməsi; TBNM-in inkişafı üzrə İşçi qrupu haqqında müddəanın təsdiqlənməsi; TBNM-in inkişafı inkişafı üzrə “TBNM” BA” HŞB-nin İşçi qrupunun tərkibinin təsdiqlənməsi; “TBNM” BA” HŞB işçilərinin əmək haqqlarına dair müddəanın təsdiqlənməsi; “TBNM” BA” HŞB-nin 2017-ci il üçün tədbirlər planının təsdiqlənməsi, ümumi yığıncaqda isə Təsisçilərin ümumi məclisinin qərarıyla təsdiq edilmiş “TBNM” BA” HŞB-nin Nizamnaməsinin qüvvədən düşməsi haqqında; “TBNM” BA” HŞB-nin Nizamnaməsinin təsdiq edilməsi haqqında; “TBNM” BA” HŞB-nin İdarə Heyətinin tərkibinə dəyişikliklər edilməsi haqqında; “TBNM” BA” HŞB-nin Təftiş komissiyası haqqında müddəanın təsdiqlənməsi haqqında; “TBNM” BA” HŞB-nin Təftiş komissiyasının tərkibinin təsdiqlənməsi haqqında; “TBNM” BA” HŞB loqotipinin təsdiqlənməsi haqqında və digər məsələlər müzakirə edilib.

Tədbirin sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 3 avqust 2015-ci ildə yola salınıb. Daha sonra Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulub.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016