Taking too long? Close loading screen.

“ADY Express” şirkəti “TransRussia-2017” sərgisində

2017-04-19

“ADY Express” şirkəti Rusiyanın Paytaxtı Moskva şəhərində təşkil olunan “TransRussia-2017” 22-ci Beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisində iştirak edir. Aprelin 18-dən 20-dək keçirilən sərgidə 27 ölkə və Rusiyanın 75 vilayətindən 400-ə yaxın şirkət təmsil olunur. Sərgi, Rusiya və Avropada keçirilən bu cür tədbirlərin ən irisi sırasındadır. Burada dəmir yolu sahəsində çalışan iri dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar və digərləri öz xidmətlərini təqdim ediblər.
Yükdaşımalar və logistika sahəsində öz imkanlarını nümayiş etdirən “ADY Express”, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına tranzit yüklərinin cəlb olunması istiqamətində fəaliyyətini sərgilədi. Azərbaycan təmsilçisinin stendinə maraq olduqca böyük idi. Əsasən, İran, Rusiya, Çin və Avropa şirkətləri ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına maraq göstəriblər. Yəni Azərbaycan ərazisindən keçməklə Şimal-Cənub, Şərq-Qərb və əks istiqəmətlərdə yüklərin daşınması diqqət mərkəzində olub. Xarici şirkətlərin təmsilçiləri Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq nəqliyyat marşrutlarla yüklərin nəql olunmasında maraqlı olduqlarını söyləyiblər. “ADY Express” MMC-nin əməkdaşları, Azərbaycanda tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.
Qeyd edək ki, sərgi meydanlarının ümumi sahəsi 20 min kv. m. təşkil edən 22-ci beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisinin işində müxtəlif ölkələrdən 15 minə yaxın mütəxəssis iştirak edir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016