Taking too long? Close loading screen.

“ADY Express”şirkəti “TransCaspian/Translogistica – 2017″ sərgisində təmsil olundu.

2017-04-26

“ADY Express” MMC şirkəti Bakıda keçirilən 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica – 2017″ sərgisində iştirak edir. Bu dəfə ki, sərgiyə ADY Express “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə stendlə qatılıb.
Xəzəryanı regionunda aparıcı nəqliyyat tədbiri sayılan “TransCaspian/Translogistica – 2017″ sərgisində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars və Astara(Azərbaycan)-Astara(İran) nəhəng nəqliyyat layihələri sərgi iştirakçılarına təqdim edildi. Hazırda dünyada tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul edilən Azərbaycanın bu sahədəki imkanlarını nümayiş etdirən “ADY” və “ADY Express” əməkdaşları, ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsi haqda ziyarətçilərə məlumatlar çatdırıblar. Dəmir yolu daşımalarında yeni tərəfdaşlarla danışıqlar aparılaraq, yüklərin Azərbaycanın transit marşrutlarına cəlb olunması istiqamətində əməli tədbirlərin görülməsi məsələsi ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “TransCaspian/Translogistica – 2017″ sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və TRASECA tərəfindən dəstəklənir. Bu il sərgidə dünyanın 14 ölkəsini – Azərbaycan, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 88 şirkət iştirak edir. Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi təqdim olunur. Sərgi 26-28 aprel tarixlərində, 3 gün ərzində davam edəcək.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016