Taking too long? Close loading screen.

Daşkənddə ikitərəfli görüş keçirilib

2017-05-02

Mayın 2-də Daşkənd şəhərində Özbəkistan Respublikası Baş nazirinin birinci müavini- “Özbəkistan Dəmir Yolları” SC idarə heyətinin sədri Açılbay Ramatovla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında ikitərəfli görüş keçirilib.

Açılbay Ramatov nümayəndə heyətinin üzvlərini salamlayıb, əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Özbəkistan şaxələnmiş nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bu istiqamətdə işlər aparılır. O Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Açılbay Ramatovu bu vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib və bildirib ki, Azərbaycan Özbəkistanla bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir

Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlardan danışan Cavid Qurbanov ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

C. Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib və bildirib ki, qonşu dövlətin qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli gecikir.

İkitərəfli görüşdə Azərbaycan Respublikası ərazisindən keçən marşrutlara əlavə yük axınının cəlb olunması üçün bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu xəttinin perspektivləri, Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016