Taking too long? Close loading screen.

Beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları Astanada TBNM-in imkanları və perspektivləri ilə tanış olublar

2017-06-15

Astanada “Nəqliyyat infrastrukturunun inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların səmərəliliyinin və rəqabətə davamlılığının artırılması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

“Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu” Beynəlxalq Assosiasiyasının təşkil etdiyi müzakirələrdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna, Çin, Türkiyə, Polşa, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Moldovanın 80-dən çox dəmir yolu, liman administrasiyası, nəqliyyat assosiasiyası, gəmi və nəqliyyat-logistik şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Dəyirmi masada qazaxıstanlı və xarici mütəxəssislər mütəmadi konteyner servisinin inkişafını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların imkanlarını və perspektivlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin icra vəziyyətini, eləcə də liman infrastrukturunun genişləndirilməsini müzakirə ediblər.

“Arkas Logistics Services Group” şirkətinin vitse-prezidenti M.Çiper yüklərin TBNM vasitəsilə, intermodal nəqliyyat və liman əlaqələrindən istifadə etməklə, Türkiyəyə daşınma imkanlarını yüksək qiymətləndirib.

Dəyirmi masanın yekunlarına dair “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasıyla Çinin Nəqliyyat və Kommunikasiya Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Həmin gün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsisçilərinin ümumi yığıncağı keçirilib. Yığıncaq zamanı TBNM üzrə əvvəlki tariflərə yenidən baxılması və yeni tariflərin (o cümlədən, Ukrayna, Qara Dəniz limanlarının istifadəsi nəzərə alınmaqla) təsdiqlənməsi məsələləri müzakirə olunub.

Ümumi yığıncağın qərarı ilə Assosiasiyaya “PKP Genişizli metallurgik yol” MMC (Polşa) yeni assosiativ üzv kimi qəbul edilib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016