Taking too long? Close loading screen.

“ADY Express” şirkəti 17-ci Çin Beynəlxalq Nəqliyyat və Loqistika sərgisində

2017-06-29

“ADY Express” şirkəti Çinin Çenqdu şəhərində təşkil olunan  17-ci Çin Beynəlxalq Nəqliyyat və Loqistika sərgisində iştirak edir. İyunun 28-dən 30-dək keçirilən sərgidə  20-dən artıq ölkə və Çinin müxtəlif vilayətlərindən olan 100-ə yaxın şirkət təmsil olunur. Sərgi, Çində keçirilən bu cür tədbirlərin ən irisi sırasındadır. Burada dəmir yolu sahəsində çalışan iri dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar və digərləri öz xidmətlərini təqdim ediblər.

Yükdaşımalar və logistika sahəsində öz imkanlarını nümayiş etdirən “ADY Express”, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına, xüsusən də TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutuna  tranzit yüklərinin cəlb olunması istiqamətində fəaliyyətini sərgilədi. Azərbaycan təmsilçisinin stendinə maraq olduqca böyük idi. Əsasən, Çin və Avropa şirkətləri ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına maraq göstəriblər. Yəni Azərbaycan ərazisindən keçməklə Şərq-Qərb və əks istiqəmətlərdə yüklərin daşınması diqqət mərkəzində olub. Xarici şirkətlərin təmsilçiləri Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq nəqliyyat marşrutlarla yüklərin nəql olunmasında maraqlı olduqlarını söyləyiblər. “ADY Express” MMC-nin əməkdaşları, Azərbaycanda tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.  Sərgidə “ADY Express” şirkəti ölkəmizin tranzit və loqistika imkanlarını sərgiləməklə yanaşı, Azərbaycanın mədəniyyətini, milli adət ənənələrini, milli mətbəxini sərgi iştirakçılarına təqdim ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində TransXəzər Beynəlxalq Nəqliyyat Assosiasiyasına daxil olan Azərbaycan, Qazaxstan, Gürcüstan, Ukrayna və Polşa şirkətləri sərgi çərçivəsində dəyirmi masa keçiriblər. Tədbirdə TransXəzər Beynəlxalq Nəqliyyat konsorsiumunun müşahidə şurasının sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, və digər ölkələrin nümayəndələri çıxış edərək marşrut haqda, onun imkanları, həyata keçirilən infrastruktur layihələr, yükgöndərən və yükdaşımalarla məşğul olanlar üçün yaradılan şərait və perspektivlər haqda ətraflı məlumatlar çatdırılıb.

 

 

 

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016