Taking too long? Close loading screen.

Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb

2017-07-20

Böyük hissəsində tikinti işlərinin tamamlandığı Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq test qatarı yola düşüb.
Test qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yol boyu görülən işlərlə tanış olmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanı tapıblar.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda yeni logistik mərkəz yaradılacaq.
Bununla əlaqədar Qarsda müqavilə imzalanıb.
C.Qurbanov “TRT Xəbər” telekanalına müsahibəsində deyib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq.
“Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”, – deyə, C.Qurbanov vurğulayıb.
O, həmçinin Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklərin ildə 500 min konteynerə qədər artacağına ümidvar olduğunu bildirib.
“Çətin bir marşrutu olan layihənin reallaşması üçün 3 ölkə birgə səy göstərir. İlk dəfə sərnişin kimi səfər etməkdən məmnunuq. Bu gün yeni bir tarix yazılır və biz bu tarixə şahidlik edirik. Qısa zaman kəsiyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Türkiyə və Gürcüstandakı işlər 3 ölkənin birgə səyi ilə yekunlaşacaq. Bu dəmir yolu xəttini xüsusilə yükdaşımalar üçün istismar edəcəyik. Ən azı bizim qədər bu layihə Qazaxıstan, Çin və bütün Avropanın maraq dairəsindədir. Çünki başqa dəhlizlərlə müqayisədə Bakı-Tbilisi-Qars üzrə qısa zamanda və daha az xərclə yük daşımaq mümkündür. Bu layihə regionda ölkələr arasındakı qardaşlığı möhkəmləndirəcək, ticarətin həcmini artıracaq”, – deyə türkiyəli nazir bildirib.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016