Taking too long? Close loading screen.

Odessada yüksək səviyyəli II Beynəlxalq nəqliyyat konfransı keçirilib

2017-09-08

Ukraynanın Odessa şəhərində “İnteqrasiya olunmuş Avropa-Asiya nəqliyyat dəhlizləri” adlı yüksək səviyyəli II Beynəlxalq nəqliyyat konfransı keçirilib.

Konfransda Ukrayna, Rumıniya, Gürcüstan, Bolqarıstan, Litva, Polşa, Çin, Moldova, Qazaxıstan və Macarıstanın nazir və nazir müavinləri, şirkət rəhbərləri eləcə də GUAM, Qara Dəniz Əməkdaşlıq Təşkilatı, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyası kimi Beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak ediblər.

Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “ Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov təmsil ediblər.

Konfrans iki sessiyadan ibarət olub. İlk sessiya Avropa-Asiya istiqamətində rəqabətədavamlı nəqliyyat üstünlüklərinin aşkar edilməsinə, ikinci sessiya isə həmin istiqamətdə yük axının artırılmasına həsr edilib.

Tədbirdə iştirakçı ölkələrin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabətədavamlı üstünlüklərinin aşkar edilməsi, yüklərin hərəkətinə maneələr törədən amillərin aradan qaldırılması və ticari prosedurların sadələşdirilməsi, Avropa-Asiya istiqamətindəki yük daşımalarında ümumiləşdirilmiş texniki və texnoloji şəraitin yaradılması, intermodal nəqliyyat sistemlərinin inkişafı və Avropa-Asiya istiqamətindəki yük axınının effektiv logistik idaretməsi haqqında məsələlər müzakirə edilib.

Sonda tərəflər birgə bəyanatla çıxış ediblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016