Taking too long? Close loading screen.

1-ci Dəmir Yolu İqtisadi forum

2017-09-13

12 Sentyabr 2017-ci il tarixində Polşanın Krakov şəhərində 1-ci Dəmir Yolu İqtisadi forumu keçirilib. Polşa hökumətinin təşkil etdiyi tədbirdə, Polşa, Azərbaycan, Gürcüstan, Ukrayna, İran və Qazaxıstan dəmir yolu administrasiyaların nümayəndələri iştirak ediblər. Forum zamanı Şərq-Qərb və Cənub-Qərb büynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq və yeni nəqliyyat texnologiyalarının işlənilməsi məsələləri diqqət mərkəzində olub. Tədbir iştirakçıları Avropa ilə Asiya arasında yeni alternativ marşrutlar vasitəsi ilə yüklərin nəql edilməsi istiqamətində işbirliyi, rəqabətədavamlı tariflər və digər vacib məsələlər ətrafında fikir mübadiləsi apararaq, bu marşrutların perspektivli olduğu qənaətə gəliblər.
Forumda Azərbaycanı təmsil edən “ADY Express” MMC-nin direktoru Azad Qasımov və Strateji İnkişaf və Marketinq Departamenrinin rəhbəri Murad Alxazov panel iclaslarda müzakirələr zamanı və çıxışlarında Azərbaycanda nəqliyyat sektorunda görülən işlər, həyata keçirilən infrastruktur layihələr, ərazimizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri haqda ətraflı məlumatlar verərək, çoxsaylı sualları cavablandırıblar. Beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində vahid strategiyanın inkişaf etdirilməsinin vacibliyindən danışan Azərbaycan təmsilçiləri, eyni zamanda dəhlizlərə yüklərin cəlb olunması istiqamətində səylərin artırılması vacibliyindən söz açıblar.
Müzakirələrdə iştirak edən yük sahibləri və yükgöndərənlər, Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Cənub-Qərb büynəlxalq nəqliyyat dəhlizlərinə maraq göstəriblər və həmin marşrutları perspektivli olduğunu bildiriblər.
Tədbirdən sonra, forum iştirakçıları Polşanın Slavkov terminalına gedərək onun işi ilə yaxından tanış olublar.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016