Taking too long? Close loading screen.

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası Riqada keçirilir

2017-10-19

19-20 oktyabr 2017-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

İclasda aşağıdakı məsələlər müzakirə olunur: Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci ilin doqquz ayı əzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri haqqında; 2017-ci ilin may ayında keçirilmiş yük vaqonlarının və 2017-ci ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıyaalınmasının ilkin nəticələri haqqında; Müstəqil Dövlətlər Birliyinə üzv dövlətləri, Latviya, Litva və Estoniya Respublikaları dəmir yolu administrasiyaları arasında bağlanan Sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri haqqında; 2017-ci ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti haqqında; Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası haqqında; Dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta haqqında; 2018-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü haqqında və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Tədbirin sonunda yekun protokolu imzalanacaq.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016