Taking too long? Close loading screen.

İranda “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu ilə bağlı növbəti görüş.

2017-10-31

İranın paytaxtı Tehran şəhərində  “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun işçi qrupunun növbəti görüşü keçirilir. Görüşdə İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarının nümayəndələri iştirak edirlər.
Azərbaycanı tədbirə “Azərbayacan Dəmir Yolları”QSC  ilə yanaşı “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan ərazisi üzrə operator şirkəti olan “ADY Express” MMC-nin nümayəndələri təmsil edirlər.
Aparılan danışıqlar zamanı, “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun perspektivləri və həyata keçirilən infrastruktur layihələr diqqət mərkəzində olub. Tərəflər eyni zamanda marşrutun rəqabətliliyinin artırılması istiqamətində görülən işlər haqda müzakirələr apararaq, yükdaşıma tariflərinin optimallaşdırılması haqda danışıblar.
Görüşdə həmçinin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun koordinasiya komitəsinin fəaliyyəti də aparılan danışıqların mövzusu olub. Koordinasiya komitəsinin işçi qrupunun yaradılması və həmin qrupun mütəmadi olaraq görüşlər keçirərək, yaranan problemlərin aradan qaldırılması ilə məşğul olacağı qərara alınıb.
Bundan başqa iclasda “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunda test qatarının göndərilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər diqqət mərkəzində olub. İşçi qrupu Hindistan – İran Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Polşa – Avropa istiqaməti üzrə daşımalar mexanizminin təkmilləşdirilməsini, marşruta yeni yüklərin cəlb olunması yollarını araşdırıblar.  Sabah elə Tehranda işçi qrupunun üzvlərinin marşrutdan istifadə edə biləcək potensial müştərilərlə görüşün keçiriləcəyi nəzərdə tutulub.
İşçi qrupunun iclası 2 gün davam edəcək.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016