Taking too long? Close loading screen.

“Şimal-Cənub” Beynəlaxlq Nəqliyyat Dəhlizi fəaliyyətdə

2017-11-02

Azərbaycanın tranzit potensialını artıracaq digər marşrutlarla yanaşı Şimal-Cənub Beynəlaxlq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edən layihələrdən biridir. Dəhliz Hindistan / İran Körfəzi – İran – Azərbaycan – Rusiya – Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir.
“ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə yükdaşımalar həyata keçirir. Bu dəfə sınaq məqsədi ilə Rusiyadan İrana taxta məmulatları nəql edlib. Yük Rusiyanın Tixonovo stansiyasından çıxaraq dəmir yolu ilə “ADY Express”in Astara stansiyasındakı terminalına çatdırılıb və orada aşırma əməliyyatı keçirəndən sonra yük avtomobillərlə İran ərazisinə nəql edilib. Qeyd edək ki, 907 ton həcmdə olan yük Astara terminalına 16 vaqon vasitəsi ilə çatdırılıb. Sınaq yükdaşımasından sonra həmin yüklərin, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə davamlı olaraq nəql edilməsi nəzərdə tutulub.
Onu da vurğulayaq ki, Azərbaycanla İran dəmir yollarının birləşdirilməsi layihəsi hələ tam başa çatdırılmamış, artıq “ADY Express” şirkəti tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaların həyata keçirilməsi, həmin dəhlizin perspektivindən xəbər verir.
Bir sözlə, əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr sırasında bu dəhlizin yer alması Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli və çoxşaxəli şəkildə istifadə edilməsinə geniş imkan yaradır.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016