Taking too long? Close loading screen.

BTQ dəmir yolu ilə hərəkət edən ilk yük qatarı Mersin şəhərinə çatıb

2017-11-04

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Qazaxıstandan yola salınan ilk yük qatarı Türkiyənin Mersin şəhərinə çatıb. Qazaxıstandan Türkiyəyədək 4200 kilometr məsafə qət edən qatar, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi münasibəti ilə rəsmi tədbir zamanı Ələt limanından yola salınıb. Qatar Ələtdən Qarsa qədər 846 km-lik yolu 40 saata qət edib. Yolda qatar, 2 sərhəddən keçib və Gürcüstanın Axalkalaki stansiyasında yüklərin aşırılma əməliyyatı da keçirilib. Qarsdan Mersinə qədər 1258 kilometrlik məsafəni isə qatar 30 saata qət edib. Qatar Mersin stansiyasına vaxtından 10 saat tez çatıb. Qeyd edək ki, 30 konteynerdən ibarət yük qatarında 600 ton buğda daşınıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016